Dünya 12:59 19.02.2024

HƏMAS Ramazana qədər girovları azad etməsə, İsrail Rəfaha hücum edəcək

HƏMAS terrorçuları Ramazana qədər girovları azad etməsələr, İsrail Qəzza zolağının cənubunda hücumunu genişləndirəcək və Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə qurudan hücum edəcək.

Qaynarinfo "The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib

"Dünya və HƏMAS liderləri də bilməlidir ki, Ramazana qədər girovlarımız evdə olmasalar, Rəfah bölgəsi də daxil olmaqla, hər yerdə döyüşlər davam edəcək”, - Gants bildirib.

O vurğulayıb ki, İsrail ordusu hücumu "mülki itkiləri minimuma endirmək üçün amerikalı və misirli tərəfdaşlarımızla dialoq əsasında mülki şəxslərin təxliyəsini asanlaşdıraraq, koordinasiyalı şəkildə" həyata keçirəcək.

"Hücumun qiymətinin çox yüksək olduğunu söyləyənlərə açıq şəkildə deyirəm: HƏMAS-ın seçimi var - onlar təslim olmalı, girovları azad etməli və qəzzalılar müqəddəs Ramazan bayramını qeyd edə bilməlidirlər", - Gants əlavə edib.

Nizami Bağırov