Xəbər lenti

Həmid Herisçi: "Axundovla Mirzə Cəlil bu ədəbi xəttə zərbə vurdular"
Ölkə05:30 24.04.2013

Həmid Herisçi: "Axundovla Mirzə Cəlil bu ədəbi xəttə zərbə vurdular"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Modern.az saytının “Molla Nəsrəddin” və Mirzə Cəlillə bağlı başladığı polemikada qalmaqallı  çıxışları ilə yadda qalan publisist Həmid Herisçi bu dəfə də başqa bir iddianı ortaya qoydu. Mirzə Cəlillə Mirzə Fətəli Axundovun Azərbaycan elminə və ədəbiyyatına zərbə vurduğunu bildirən yazar fikrini bu cür əsaslandırır.     

- Saytınızın bu barədə polemika başlatması çox yaxşıdır. Çünki artıq mistikaya xurafat adı verib onu inkar etmək keşmişdə qaldı. İndi dünyaya mistikanı kosmoenergetika, ekstrasensorika, fövqəlinsan xüsisiyyətləri kimi qəbul edir. Artıq mistika barədə Şeyx Nəsrullah söhbəti edilmir. İndi dünyada fizioloqlar, insani həyatın mənasını öyrənən elmlər mistikanı qabardırlar. Bizim maarifçilərin xurafat adı ilə damğaladığı bir sahə dirilir. Ateizmin diskussiyası keçmişdə qaldı. Mənə elə gəlir ki Axundovla, Mirzə Cəlilin yaradıcılığındakı antimistik obraz artıq bu gün üçün keçərli deyil. Yəni öz aktuallığını və əhəmiyyətini itirib. Axundovla Mirzə Cəlil tolerant olmayıblar. Onların mistikaya mənfi münasibəti Azərbaycan elminə və ədəbiyyatına çox mənfi təsir edib. Siz görürüsüz ki, müasir dünya ədəbiyyatı və elmi mistikadan necə istifadə edir. İstər ingilis, istər rus və başqa ədəbiyyat bu gün mistikadan yararlanır. Onlar bizlər kimi inkar etməyiblər. Bəzi maarifçilərin mənfi fəaliyyəti bu sahəyə çox böyük zərbə vurub. İngilis öz ədəbiyyatında bu gün sirli qüvvələrdən istifadə edirsə, deməli, bizim ədəbiyyat çox geridədir. Bizim minillik ədəbiyyat məhz mistikanın üzərində qurulub. Nizami Nəsimi,  Nəimi, Füzuli mistik olub. Axundovla Mirzə Cəlil isə bu ədəbi xəttə zərbə vurdular”.  

Qaynar.info