Xəbər lenti

“Həmin icra başçısı vəzifəsindən uzaqlaşdırılmalıdır” - REAKSİYA
Ölkə11:46 02.04.2013

“Həmin icra başçısı vəzifəsindən uzaqlaşdırılmalıdır” - REAKSİYA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Elə bir məmurun orda oturmağa haqqı yoxdur”

“Bir neçə gün bundan əvvəl Quba-Xaçmaz zonasında səfərdə idim. Xaçmazda böyük görüşlərimiz oldu, əhalinin problemləri ilə maraqlandıq. Əhali yerli icra nümayəndələrinin, onun müavinlərinin hərəkətsizliyi ilə bağlı xeyli şikayət etdilər”. 

Bunu Qaynar.info-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Kəlbəcərin işğalı günü Xaçmazda bayram tədbirinin keçirilməsinə münasibət bildirərkən deyib. A.Nağının sözlərinə görə, bölgələrdə narazılıqlar mövcuddur: “Bu cür səviyyəsiz adamlar nə desən, edərlər. Bu adam gün tapmır, aprelin 2-si bayram konserti keçirir. İnanmıram, bunu qəsdən etsin. Yəqin ki, bilmir. Deməli bu adamın səviyyəsi hakimiyyətin də, dövlətin də maraqlarına xələl gətirir. Ona görə də bu cür adamlar vəzifəsindən uzaqlaşdırılmalıdır. Gözləmək lazım deyil, camaata ayağa qalxsın və icra başçısına qarşı mövqe ortaya qoysunlar. Konkret olaraq vəzifədən uzaqlaşdırılmalıdır”.

QAT sədri qeyd edib ki, belə icra başçıları həddindən artıq çoxdur: “Həmin şəxslər kimlərinsə qohumudur deyə onlara toxunmurlar. Həmin adamlar var-dövlətlərini topladıqdan sonra dövlət, millət haqqında mənfi fikir yaradırlar”.

Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bu tədbirin onlara məxsus olduğunu təsdiqləsələr də, əlavə məlumat vermədilər. 

Qeyd edək ki, bu gün-Kəlbəcərin işğalının 20-ci ildönümündə Xaçmaz Rayon İcra Hakimiyyəti ictimaiyyət üçün açıq havada konsert təşkil edib. Konsertdən çəkilmiş fotolar sosial şəbəkələrdə yerləşdirilib. Məlumata görə, konsert Xaçmazın Azərbaycanın "Əfsanələr paytaxtı" elan edilməsi münasibətilə keçirilib. İcra Hakimiyyəti isə belə bir tədbirin keçirilmədiyini iddia edir.

İlkin

Qaynar.info