Vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan əraziyə yenidən "Ağa Salah Meydanı” adı verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Xalq artisti və bəstəkar Eldar Mansurov məlumat verib.
"Bir müddət əvvəl dostum Rahib Azəri mənə yaxşı bir xəbər çatdırdı. O dedi ki, vaxtilə İçərişəhərdə "Tut ağacı" meydanı adı ilə tanınan bu yerə öz qədim adı - "Ağa Salah Meydanı"adı qaytarıldı. Bu meydanı yaradan şəxs mənim ulu babam Ağa Salah bəy Mansurov olub. Tarixi adın yenidən bu meydana qaytarılmasına görə İçərişəhər qoruğunun rəhbərliyinə özümün və ailəmin adından minnətdarlığımı bildirirəm", deyə Eldar Mansurov bildirib.
Şərhlər