Xəbər lenti

Həmsədrlər Dağlıq Qarabağa getdilər
Ölkə12:25 17.12.2013

Həmsədrlər Dağlıq Qarabağa getdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) işğal olunmuş Dağlıq Qarabağa gediblər.

APA-nın xəbərinə görə, bu barədə öz “Twitter” səhifəsində amerikalı həmsədr C.Uorlik yazıb. Vasitəçilər Dağlıq Qarabağ separatçılarının lider ilə görüş keçirəcəklər.
 
Xatırladaq ki, həmsədrlər dekabrın 15-də Bakıda, dekabrın 16-da İrəvanda iki ölkənin rəhbərləri ilə görüşlər keçiriblər.


Qaynar.info