
ATƏT-in Minsk Qrupu həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pierre Andrieu Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini pisləyir və itkilər üçün kədərlənirlər. Həmsədrlərin yaydığı bəyanatda deyilir:
“Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin genişmiqyaslı pozulması barədə xəbərlərə görə ciddi narahatıq. Biz gücdən istifadəni qətiyyətlə qınayırıq və insanların, o cümlədən mülki vətəndaşların mənasız ölümünə görə təəssüflənirik.
Tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq.”
ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə seçim variantı ola bilməz.
Qaynar.info