Xəbər lenti

Həmyerlimizə Ukraynada vəzifə verildi
Ölkə15:10 13.07.2016

Həmyerlimizə Ukraynada vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynada azərbaycanlı Çerniqov vilayəti üzrə Apellyasiya Məhkəməsinin sədri təyin olunub.

"Qaynarinfo.Az" APA-ya istinadən xəbər verir ki, yeni təyinat alan şəxs əslən Azərbaycanın Tovuz rayonunun Aşağı Əyyublu kəndindən olan, 1959-cu il təvəllüdlü Sadiq Rza oğlu Tağıyevdir.

S.Tağıyev APA-ya bildirib ki, bu vəzifəyə qədər Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini olub. 1977-ci ildə Donetsk Tibb İnstitutunu bitirən R.Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Luqansk vilayətində milis orqanlarında işləyib.

1987-ci ildə Xarkov Universitetində hüquq fakültəsini bitirən R.Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifədə çalışıb. 

Qaynarinfo.Az