Xəbər lenti

“Həqiqət və məcaz” mövzusunda inteqrativ dərs (FOTO)
Ölkə11:04 26.11.2023

“Həqiqət və məcaz” mövzusunda inteqrativ dərs (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023-cü il noyabr ayının 23-də Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin "İnteqrativ dərs” layihəsi çərçivəsində "Həqiqət və məcaz (İrfan söhbətləri)” mövzusunda ibtidai sinif müəllimliyi (ingilis dilində) I kurs tələbələri üçün açıq dərs keçirilib.
Departamentin müəllimləri Dr.Qardaşxan Əzizxanlı və Dr.Rüstəm Lazımov dünyamızı "vasitələr dünyası” adlandıran irfançıların insanları həqiqi və məcazi vasitələrlə kəmiyyət pilləsindən keyfiyyət pilləsinə səslədiklərindən söz açaraq, onların ağıl və "vasitəsiz dünya” sayılan eşq pilləsi arasında gediş-gəliş edərək həqiqəti qavramağa çalışdıqlarından danışıblar. R.Lazımov "İrfan nədir?” sualına "İrfan iki addımdır bir addımını qoyursan nəfsin üzərinə, o birisi addımda artıq Haqqı bulmuş olursan,” deyə irfan alimlərinin sözləri ilə cavab verib.
Açıq dərs tələbələrin və mühazirəçilərin qarşılıqlı sual-cavabı ilə yekunlaşıb.