Xəbər lenti

Həqiqi hərbi xidmətə çağırışla bağlı yenilik - VİDEO
Ölkə18:10 20.11.2013

Həqiqi hərbi xidmətə çağırışla bağlı yenilik - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxt küçələrini bəzəyən rəngarəng taksafonları artıq Müdafiə Nazirliyinin bütün hərbi hissələrində görmək mümkün olacaq. 

Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyinə verdiyi tapşırığa əsasən 10 gün müddətinə bölgələrdəki bütün hərbi hissələrdə bu taksafonlar quraşdırılmalıdır. Paytaxt Bakı və Bakı ətrafı ərazilərdəki hərbi hissələrdə isə bu prosesi Bakı Avtomat Telefon qovşağı həyata keçirəcək.

Hərbi hissələrdə əsgərlərin mobil telefonlardan istifadəsi qadağan olunduğu üçün universal tipli taksafonların quraşdırılmasına başlanıb. Bu taksafonlar taksafon kartı və milli qəpiklərlə işləyir. Taksafonlar kart və qəpiklərlə işləyəcək. Qiyməti 2-3-10 manat civarında olan olan taksafon kartları vasitəsi ilə şəhər, rayonlararası, eləcə də, beynəlxalq danışıqlar aparmaq mümkün olacaq.

Artıq paytaxt və paytaxtdan kənar ərazilərdə 14 hərbi hissədə universal tipli taksafonların quraşdırıldığını deyən Bakı Avtomat Telefon Qovşağının rəisi Rəfalət Tarıverdiyev bu qurğulardan istifadənin çətin olmadığını bildirdi. Çünki taksafonların hər biri istifadə qaydaları və şəhərləarası yığım kodları haqqında məlumatlarla təmin edilib.

Qurum rəsmisi onu da əlavə etdi ki, bu ayın sonunadək daha 10 hərbi hissədə universal tipli taksafonlar quraşdırılacaq. Hərbi xidmətdə gözlənilən digər bir yeniliksə çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıc tarixinin dəyişdirilməsidir. Yeni layihəyə görə çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıc tarixi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xidmət yerinə göndərildiyi gündən hesablanacaq. Yəni çağırış ayının hər hansısa bir günündə gedən çağırışçı bir il və ya il yarım tam başa çatandan sonra tərxis olunacaq. Hazırki qanunla isə çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıc və bitmə tarixi prezidentin hər rübün birinci ayı üçün imzaladığı müvafiq sərəncamla ayın 1-i tarixindən hesablanır. Millət vəkili Zahid Oruc layihənin növbəti ilin yaz sessiyasında müzakirəyə çıxarılacağını bildirdi.

 

Qaynar.info