
Qaçay Hüseynov
Ölkəmizdə qəribə düşüncə tərzi var. Xəyanət qadın ücün əxlaqsızlıq sayılır kişi üçünsə yox. Hətta bəzi arvadlar da ərlərinin xəyanətinə haqq qazandırır: “Təki bizim xoruz başqa həyətdə banlasın.”
Bu kimi qadınlar xoşbəxtlikdən azalır. Mənə qəribə gələn, evli kişilərin nə üçün xəyanət etməsidir. Bu suala cavabçün internetdə ibtidai sosial araşdıram apardım və müəyyən qədər cavab tapdım. Kişilərin xəyanətinə səbəb seksual təlabatların bütün “arzuolunan" yollarla odənilməməsindədir.
Məsələ burasındadır ki, Azərbaycanlı kişilər üçün 2 cür ideal qadını olur:
1). Özünə arvad etmək istədiyi ideal əxlaqa malik , cinsi duyğulardan məhrum Müqəddəs Məryəmin prototipi - TUKƏZBAN (Əxlaqlı qadın idealı- əslində bu qadın mövcud deyil, bütün qadinların “müəyyən” hissləri olur).
2). Onun bütün seks fantaziyalarını həyata kecirən, olduqca seksual bir qadın: SONYA ( seksual idealı). Şübhəsiz ki, Azərbaycanlı kişisi 2-ci tip qadınlarla evlənməz, cünki bu, onun üçün namussuzluqdur. O, adət-ənənənin təpkisi ilə 1-ci idealı ilə evlənir (ev qızı ilə) və bədbəxt olur. Çünki əksər kişilərimiz sırf cinsi tələbatlarının ödənilməsi naminə evlənirlər. Ancaq daimi ənənəvi seks, gözəl fahişə ilə fantaziyaları gerçəkləsdirən, sərhədsiz seksin qiyməti 1 saata 50 manatdan baslayır. Əksər kişilər üçünsə bu çox yuksək məbləğdir. Yəni “arzuolunan" fantaziyaları gercəkləşdirən xəyanət hər adama qismət olmur.
Imkanı zəif olan kişilər məcburən "Odnoklassniki", "Facebook" və s sosial səbəkələrdə qeydiyyatdan saxta adlarla keçib, 1 aznlik kontur muqabilində virtual amma analoqsuz seks yaşadan “trans”, “fahişə” və “virtual fahişə”lərlə virtual seks yaşayırlar. Bütün düsüncələrində “sərhədsiz seks” hakimdir. Bu kimi insanlar oğlu yaşlı insanlardan belə “quş nomrələri" istəməkdən utanmır, bəzənsə qızı yaşlı birisinə “bomba şeydi” deyirlər.
Ölkəmizdə 45 yaşa qədər hər 3 kişidən 2-nin telefonunda “quş” nömrəsi olur. Həmçinin bu kişilər bir yerə yıgışanda (bəzən ali təhsillilər belə) yeniyetmələr kimi utanmadan intim münasibətlərdən danışır, bir-biri ilə şit intim zarafatlar edirlər. Beləliklə, özlərini əxlaqli ailədən məhrum etməklə Əli və Vəli aşından özlərini məhrum edirlər. Yəni xəyanət etməklə əxlaqlı ailədən, seksual idealı ilə evlənməməklə isə “seksual idealından” məhrum edir.
Qəribə orasındadır ki, xəyanət edən kişi düsünür ki, arvadıni aldada bilir, əslində isə qadın xəyanəti anında anlayır amma nə etsin? Ayrila bilməz, çünki özündən dəyərli bakirəlik pərdəsin çoxdan bu əclafa hədiyyə edib, daha heç kim onunla evlənməz. Lap ayrılsa da ləkə yaxacaqlar, deyəcəklər fərli qadın boşanmaz. Boşanma səbəbini bilənlər də heç ona haqq qazandırmayacaq, çünki bu ölkədə “qadın ləyaqəti”nin mövcudluğundan çox az adam xəbərdardır.
Ölkəmizdə hər 4 ailədən 3-də oxşar vəziyyətdir. Kişilərinsə 90%-i xəyanət edir. Amma qadin xəyanətlərə dözdüyü ücün ailə dağılmır, yuxarıdakı səbəblər üzündən. Beləliklə, boşanma azlıgına görə özümüzü inkişaf etmiş sivilizasiya ölkələrindən üstün hesab edirik. Amma anlamırıq ki, yeganə üstünlüyümüz qadınların alçalma sayındadır. Hələ uzun müddət üstü bəzək, içi təzək, başqalarına ideal görünən bu kimi ailələrin sayı ilə fəxr edəcəyik təəssüf ki...