Xəbər lenti

Hər 6 saniyəyə bir nəfəri öldürən zərərli vərdiş
Ölkə19:10 09.02.2017

Hər 6 saniyəyə bir nəfəri öldürən zərərli vərdiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.

Qaynarinfo.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.

ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.

Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə dünya ölkələri arasında 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliyadır. 

Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır. 

Qeyd edək ki, bu gün, 9 Fevral - “Ümumdünya siqaretdən imtina günü”dür.

Qaynarinfo.Az