Qadınların təxəyyülü sərhəd tanımır. Bu yazıda sizə həm büdcənizə uyğun gələcək, həm də vaxtınıza qənaət etməyə kömək edəcək gözəllik sirrlərini təqdim edirik:
1. Dodaq boyası qabında köhnəlmiş boya
Dodaq boyasını qabdan çıxarın və şam köməkliyi ilə onu əridin. Əriyən boya bütünlüklə qabı tutacaq. Onu soyumağa qoyun. Soyuduqdan sonra boya ilk günki kimi təzə görünəcək.
2. Kiprik qatlayıcınızı fen vasitəsilə isidin
Kiprik qatlayıcınızı istifadədən əvvəl fen vasitəsilə isitsəniz kiprikləriniz daha uzun müddət qivrım qalacaq.
3. Vazelin ilə qara nöqtələrinizdən xilas olun
Adları dillərə dastan maskalar dərinizə mənfi təsir göstərə bilər. Ancaq biz sizə daha təhlükəsiz üsul deyəcəyik. Üzünüzü yuyun və təmiz dərinizə vazelin çəkin. Daha sonra üstünü streç ilə bağlayıb dəsmal vasitəsilə isti qalmasını təmin edin. 5 dəqiqə sonra qara nöqtələri quru salfet köməyi ilə müvafiq bölgədən təmizləyin.
4. Makiyaj fırçalarınızın ömrünü uzadın
Makiyaj fırçaları mütəmadi olaraq təmizlənib asılarsa, istifadə müddəti uzanar. Bunun üçün kəsim taxtasından istifadə edə bilərsiniz. Taxtanın üst qisminə rezin keçirərək fırçaları oradan assanız onlardan daha uzun müddət istifadə edə bilərsiniz.
5. Dırnaqlarınızı nəmləndirici vasitəsilə yumşaldın
Dodaq nəmləndiricilərinizi dırnaq ətrafında qurumuş dərilərə çəkməklə onların yumşalmasına nail ola bilərsiniz.
6. Əgər yumşaq dəriniz olmasını istəyirsənizsə, dəsmal istifadə etməyi təxirə salmalısınız
Koreyada çox geniş yayılan bu adət çox sadədir: Üzünüzü yuduqdan sonra dəsmal ilə qurulamaq yerinə üzünüzə nəmləndirici krem çəkin. Bunu daim etsəniz, üzünüzün necə yumşaq olduğunu özünüz müşahidə edə biləcəksiniz.
7. Sevdiyiniz məhsullardan daha çox istifadə edin
Əgər istifadə etdiyiniz məhsul bitmək üzrədirsə və yenisini alacaq vaxtınız yoxdursa, məhsulu fen vasitəsilə isidin və qabın kənarlarında qalmış qalıqlardan rahat istifadə edin.
8. Dodaq boyası alarkən bunu etməyin
Adətən dodaq boyası almaq istədikdə rənləri yoxlamaq üçün onları biləyimizə çəkirik. Ancaq əslində test üçün barmaqlarımızın ucundan istifadə etməliyik. Çünki barmaq uclarımız dodaqlarımızla eyni piqmentləri daşıyır.
9. Daha yaxşı hopması üçün tonal kremləri "Roll-on” şüşəsinə boşaldın
Boş bir "roll-on” şüşüəsi götürün yaxşıca yuduqdan sonra istifadə etdiyiniz nəmləndirici və ya tonal kremi qaba boşaldın. "Roll-on” sayəsində çəkmək istədiyiniz krem dərinzə daha yaxşı hopacaq.
10. Daha böyük dodağa sahib olun
Dodaqlarınızı dolğunlaşdırmaq istəyirsinizsə, çəngəl vasitəsilə onları 1-2 dəqiqə sürtün. Ardından istədiyiniz dodaq boyasını çəkə bilərsiniz.
11. Lazımından artıq makiyaj etməyin
Həddindən artıq kremlər, yanlış seçilmiş dodaq boyası, rəngləndiricilər sizi olduğunuzdan dəfələrlə yaşlı göstərə bilər. Makiyajı bacardığınız qədər sadə və təbii edin.
Nərmin Həsənli
Qaynarinfo.Az