İyunun 10-u 20, 11-i isə 5 şagird hərarətlərinin yüksək olması səbəbilə imtahana buraxılmayıb. Dövlət İmtahan Mərkəzi bu barədə əvvəldən açıqlama vermişdi ki, hər hansı bir şagirddə hərarət olarsa, onun imtahana girişi məhdudlaşdırılacaq.
Baku.Tv xəbər verir ki, lakin təhsil ekspertlərin fikrincə, hərarət səbəbindən şagirdlərin imtahanda iştirak edə bilməməsi onların təhsil alma hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir. Bu isə düzgün yanaşma deyil.
"Şagirdlərin istiliyinin səbəbini müəyyənləşdirmədən, həqiqətən, bu, yoluxucumu istilikdir, hər hansı bir xroniki xəstəlikdir, yaxud da mövsümlə əlaqədar haldır - bunu müəyyənləşdirmədən onların haqqında qərar verilməsini düzgün hesab etmirəm. Çünki imtahan binasına buraxılış saat 9 və 10-dan başlayır imtahanlar isə 11-dən başlayır. Şagirdlər bir saat ərzində açıq havada günəşin altında dayananda onlarda müəyyən günvurma halları ola bilər", - deyə, ekspert Kamran Əsədov bildirir.
Bəs çıxış yolu nədir?
Kamran Əsədov deyir ki, ən pis halda həmin şagirdlər üçün ayrıca şəkildə imtahan keçirilməlidir.
"Bütün bunları nəzərə aldıqdan sonra hesab edirəm ki, DİM həmin şəxslərə növbəti həftələrdə müvafiq imtahanda iştirak etmək səlahiyyətini və imkanı yaratmalıdır. Digər tərəfdən isə onlar üçün ayrı otaqların ayrılması da mümkündür. 5 nəfər elə də böyük bir say deyil, biz onlara 5 otaq ayırsaq, imtahana verə bilərlər”, – deyə, ekspert əlavə edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə isə bu məsələ ilə bağlı müəyyən tədbirlər görülür. Həmin şagirdlər üçün imtahanların nə vaxt keçiriləcəyi haqda yekun qərar növbəti həftə açıqlanacaq.
<iframe src="http://baku.tv/embed/20221" width="560" height="310" frameborder="0" scrolling="no" allow="autoplay; encrypted-media" allowfullscreen="">