Xəbər lenti

Hərbçi güləşçimiz dünya çempionu oldu
Ölkə16:10 20.09.2017

Hərbçi güləşçimiz dünya çempionu oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının birinci günündə Azərbaycan yığmasının üzvü Qalib Əliyev qızıl medal qazanıb.

"Qaynarinfo" AzərTAc-a istinadən xəbər verir ki, sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın finalda amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumuniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Ağahüseyn Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.

Qaynarinfo.Az