Xəbər lenti

Hərbçilər qəzaya düşdü: 2 ölü, 3 yaralı
Ölkə07:36 25.08.2014

Hərbçilər qəzaya düşdü: 2 ölü, 3 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağcabədi rayonunun Qaradolaq kəndində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər 06-07 radələrində qeydə alınıb. “VAZ-2109” və "Chevrolet" markalı minik avtomobillərinin toqquşması nəticəsində “VAZ 2109” markalı minik avtomobilində olan iki nəfər sərnişin -  Beyləqan rayon sakinləri İbadlı Ramil Qubad oğlu və İsmayılov Amid Nizami oğlu hadisə yerindəcə dünyasını dəyişib. “VAZ-2109”un sürücüsü Rauf Qarayev ağır vəziyyətdə Ağcabədi Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. "Chevrolet"in sürücüsü və bir nəfər sərnişin yüngül xəsarət alıblar.

Ağcabədi rayonunda qəzada ölən şəxslərin hər ikisi hərbçidir. Milli.Az-ın hüquq mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qəza zamanı “VAZ” markalı minik avtomobilində olan iki nəfər sərnişin - Beyləqan rayon sakinləri İbadlı Ramil  və İsmayılov Amid - hadisə yerindəcə dünyasını dəyişib.

Qaynar.info