Xəbər lenti

Hərbçilərimiz qəzaya düşdü
Ölkə09:54 24.07.2014

Hərbçilərimiz qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün saat 10:30-da Masallı rayonunda hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. 

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol qəzası Ələt–Astara avtomobil yolunun Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki. müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayev idarə etdiyi Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşınla gedərkən 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-21154” markalı avtomobil əzilərək istismara yararsız hala düşüb. Maşının sürücüsü və sərnişin 1982-ci il təvəllüdlü Toğrul Ağayev ağır yaralanıblar. Onları xəstəxanaya yerləşdiriblər.

Qəza nəticəsində hrbçilərdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info