Xəbər lenti

Hərbçilərimiz yol qəzasına düşdü: ölən var
Ölkə05:35 17.04.2013

Hərbçilərimiz yol qəzasına düşdü: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb.

Hadisə Biləsuvar rayonu ərazisində baş verib.

Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi “Mercedes” markalı maşın yoldan çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info