Xəbər lenti

Hərbçilərimiz yolu azaraq erməni tərəfə keçib - Cəbhədən şok xəbər
Ölkə17:43 23.06.2015

Hərbçilərimiz yolu azaraq erməni tərəfə keçib - Cəbhədən şok xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan hərbçilərinin yolu azaraq qarşı tərəfdə olduğu ehtimal edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.
Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.
Qaynar.info