Xəbər lenti

Hərbçilərimiz yürüşə başladı
Ölkə08:17 17.07.2014

Hərbçilərimiz yürüşə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasınınm 95 illiyi ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin əməkdaşları Qusarda yürüşə başlayıb.

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, yürüşə xidmətin 18 nəfərlik hərbi qulluqçusu qatılıb.

Hərbi qulluqçular Qusarda, Qızıl qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev və Şahdağ massivində yerləşən İlham Əliyev zirvələrini ziyarət edəcəklər.

Qeyd edək ki, bu addım Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general - leytenant Elçin Quliyev tərəfindən reallaşıb.

Qaynar.info