Xəbər lenti

Hərbçilərin avtobusu aşdı: ölən və yaralananlar var-YENİLƏNDİ
Ölkə11:44 19.07.2013

Hərbçilərin avtobusu aşdı: ölən və yaralananlar var-YENİLƏNDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyi hərbçiləri daşıyan avtobusun qəzaya uğraması faktı ilə bağlı məlumat yayıb.

Qaynar.info FHN-nin saytına istinadən xəbər verir ki, “112” Çevik reaksiya idarəsinə daxil olan məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus dərəyə yuvarlanıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb. Əlavə məlumat veriləcək.

***

16:19

Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.


Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.

Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info