Xəbər lenti

Hərbçilərin maaşının nə qədər artacağını o əmrdən sonra biləcəyik (ŞƏRH)
Ölkə13:34 25.06.2021

Hərbçilərin maaşının nə qədər artacağını o əmrdən sonra biləcəyik (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ehtimal olunur ki, vəzifə maaşları az olan kateqoriyalara 60%, vəzifə maşaları yüksək olan zabitlər üçün isə 20% həcmində artım tətbiq olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Prezident İlham Əliyevin "İşğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması ilə bağlı sərəncamından danışarkən deyib. Onun sözlərinə görə, prezidentin sərəncamı hərbi qulluqçular üçün 20-60% artımı nəzərdə tutur:
"Bu artımın hansı kateqoriyaya, hansı ərazidə xidmət edənlərə necə tətbiq olunmasına dair Müdafiə nazirinin müvafiq əmri olacaq. Bu əmr dərc olunandan sonra artımın kimə, hansı kateqoriyaya nə qədər tətbiq olunacağını dəqiq demək olar”. 
Qeyd edək ki, Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb.
Bahar Rüstəmli