
Müdafiə Nazirliyinin zabiti yol qəzasına düşüb.
APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Göygöl rayonunun Toğana kəndində qeydə alınıb.
Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin leytenantı Elnur Namiq oğlu Muradov məzuniyyətdən qayıdarkən "VAZ-21011" markalı avtomobilin idarəetməsini itirərək avtomobili aşırıb. E. Muradov müxtəlif bədən xəsarətləri alıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.
Qaynar.info