Xəbər lenti

Hərbi attaşelər Müdafiə Nazirliyində - TƏCİLİ TOPLANTI
Ölkə11:24 08.08.2014

Hərbi attaşelər Müdafiə Nazirliyində - TƏCİLİ TOPLANTI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 8-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.

Qaynar.info Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək onları atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə təmin etmişlər.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Qaynar.info