Xəbər lenti

Hərbi çağırışa yazılan nazir oğulları: "Canımızı verməyə hazırıq" (VİDEO)
Ölkə12:14 17.07.2020

Hərbi çağırışa yazılan nazir oğulları: "Canımızı verməyə hazırıq" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.
Dövlət başçısının bu çağırışına Fövqaladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları - "Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərov və qardaşı Nicat Heydərov da qoşulub.
Onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar. Bununla əlaqədar hər iki qardaş fikirlərini də bildirib.