"Təltif olunma hər bir əsgərə dövlətin, rəhbərliyin göstərdiyi qayğının nümunəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi eksperet Ədalət Verdiyev Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda” medalı ilə təltif olunması barədə sərəncamını şərh edərkən deyib. Ekspert bu prosesin gələcəkdə davam etdirilməsinin gözlənilən olduğunu vurğulayıb:
"Qarabağ müharibəsində iştirak edən, döyüşlərdə müsbət nəticələr əldə olunması üçün əməyi keçən hər bir Azərbaycan əsgərinin, zabitinin diqdətdən kənar qalmaması üçün bu təltiflərin gələcəkdə də davam etməsi gözləniləndir.
Bunlar gələcəkdə ordumuzun mənəvi-psixoloji ruh yüksəkliyinin qorunmasına müsbət təsir göstərir".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda” medalı ilə təltif olunması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu "Vətən uğrunda” medalı ilə təltif olunub.
Bahar Rüstəmli
Şərhlər