Xəbər lenti

Hərbi ekspert Prezidentin sərəncamından danışdı
Ölkə09:57 19.12.2020

Hərbi ekspert Prezidentin sərəncamından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hər kəs orduda iştirakına və əməyinə görə təltif olunub".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında imzalasığı sərəncamdan danışarkən deyib. Onun fikrincə, Prezidentin bu sərəncamı dövlətin istər döyüş iştirakçıları, istər şəhidlər, istərsə də yaralılara göstərilən təltif formasında diqqətidir:
"Bu gözləniləndir. Prezident bir daha Ali Baş Komandan kimi orduda xidmət edən şəxsi heyəti mükafatlandırıb. Amma bununla yanaşı, həm də digər sosial paketlər də var. Prezident həm də YAŞAT fondu yaradıb. Artıq bu fond da işə başlayıb. Düşünürəm ki, bunlar döyüş iştirakçıları və onların ailələrinə yönələn dövlət qayğısdır".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bahar Rüstəmli