Xəbər lenti

Hərbi ekspert Xüsusi Təyinatlılarımızın Şuşa əməliyyatını şərh etdi
Ölkə08:04 09.11.2020

Hərbi ekspert Xüsusi Təyinatlılarımızın Şuşa əməliyyatını şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu əməliyyat gələcəkdə akademiyalarda hərbi dərslərdə keçiriləcək”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Azərbaycan ordusunun Şuşada keçirdiyi əməliyyatı şərh edərkən deyib. O, Şuşanın çox yüksəklikdə yerləşdiyini xatıladıb:

"Şuşa alınmaz qala idi. Şuşa bizim mədəniyyət beşiyimizdir, orada tarixi abidələrimiz var. Düzdür, onların bir qismini ermənilər dağıdıb. Şuşada əlbəyaxa döyüşün bir çox səbəbləri var. Bunlardan biri Azərbaycan əsgərləri qala divarlarına zərər vermək istəməyib. İkincisi isə bu, səssiz bir əməliyyatdır. Xüsusi təyinatların əməliyyatı səssiz həyata keçirilir və onların gəlişi düşmən tərəfindən hiss olunmur. Şuşada qalan erməni meyitlərindən də hiss olunur ki, küçə döyüşləri gedib. Xankəndində olan xarici media nümayəndələrinin yazdığı məqalələrdən də görünür ki, silahlar çox yaxın məsafədən atılıb. Bizim çox möhtəşəm, müharibə aparmağa qadir ordumuz var. Xüsusi təyinatlılarımız ən ağır şəraitdə döyüş aparmaq gücündədirlər”.

Emin Həsənli qeyd edib ki, Şuşa Azərbaycan tarixində ən uğurlu əməliyyatlardan biridir:

"Dünya hərb sahəsinə qızıl həriflərlə yazılan salnamədir. Bu, eyni zamanda Azərbaycan ordusunun nə qədər peşəkar olduğunu bir daha sübut edir. Bu əməliyyatla bağlı sonrakı günlərdə həm Müdafiə Nazirliyinin görüntüləri, həm də xüsusi təyinatlıların açıqlamalarından daha dəqiq informasiyalar əldə edəcəyik”.

Emin Həsənli düşmənin bayrağı, canlı qüvvəsini döyüş zonasında qoyub qaçdığını da vurğulayıb:

"Amma Azərbaycan əsgəri yaralısını, şəhidini də çiyinlərində daşıyır. Bu, Azərbaycan əsgərinin qəhrəmanlığının göstəricisidir, hərbiçinin bir-birini nə qədər sevdiyinin, vətənə, bayrağa bağlı olduğunun sübutudur. Dosta, sirdaşa sona kimi arxa çıxmaqdır. Bu, vətənpərvərliyin ən yüksək nümunəsidir”.

Bahar Rüstəmli