Xəbər lenti

Hərbi hissədə bıçaqlaşma
Ölkə06:44 01.07.2013

Hərbi hissədə bıçaqlaşma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı İlkin Hüseynov əsgər yoldaşı, 19 yaşlı Qadir İsmayılovu bıçaqlayıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, Q. İsmayılov Sumqayıt, İ. Hüseynov isə Göyçaydan həqiqi hərbi xidmətə çağırılıblar. 

Qaynar.info