Xəbər lenti

Hərbi hissələr Gəncədən çıxarılır
Ölkə09:40 18.02.2014

Hərbi hissələr Gəncədən çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncənin mərkəzində olan hərbi hissələr başqa yerlərə köçürüləcək.

APA-nın verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr edilən hesabat iclasında bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin tapşırığı əsasında Gəncədə olan hərbi hissələrin köçürülməsi işinə yaxın vaxtlarda başlanılacaq.

E. Vəliyev bildirib ki, şəhərdə təxminən 1000 hektar ərazi hərbi hissələrin istifadəsindədir: “Hərbi hissələr köçürüldükdən sonra torpaqlar şəhər bələdiyyələrinə veriləcək və orada müxtəlif layihələr həyata keçiriləcək. Burada əsasən hündür mərtəbəli binaların tikilməsi nəzərdə tutulur”.

Qaynar.info