
Ötən gün Bakının Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb.
Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Ans Press-ə verilən əmlumata görə, özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub. Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xils etmək mümkün olub.
Ans Press-in əldə etdiyi məlumata görə, Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.
Qaynar.info