Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirir. Qaynar.info-nun məlumatına görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
Saat 11.00-da başlanan imtahan iki saat davam edəcək.
İmtahana nəzarətçi-müəllimlər tərəfindən nəzarət olunur.