XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Ölkə06:50 23.01.2022

Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün hazırlıq planına əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirməsi məqsədilə N nömrəli hərbi hissədə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, toplanışda xüsusi təyinatlı qrupların döyüşdə müxtəlif üsullarla yerdəyişmə fəaliyyətləri nümayiş etdirilib.
Toplanış zamanı iştirakçılara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilir.
Təlim toplanışı yanvarın 29-dək davam edəcək.
<iframe width="823" height="463" src="https://www.youtube.com/embed/5EsxXYESMD4" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">