
Azərbaycan Avropa Hərəkatı ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin və Beynəlxalq Təşkilatların fəaliyyətlərini monitorinq edib.
Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, monitorinqin nəticələri 19 aprel 2013-cü ildə keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Mətbuat Konfransı Baku, AZ-1114, 85/86 R.Behbudov ünvanında yerləşən Reportyorların Azadlıq və Təhlükəsizliyi İnistutunun (Sahil Bağının yanı) mətbuat zalında keçiriləcək.
Mətbuat konfransına monitorinqin nəticələri ilə tanış olmaq istəyən hər kəs dəvətlidir.
Qaynar.info