
AzVision.az xəbər verir ki, bu barədə Hesablama Palatasından məlumat verilib. Palatanın iclasında dövlət büdcəsindən maliyyələşən Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, həmçinin Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər Yollarının İstismarı İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Səhiyyə Nazirliyinə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” üzrə səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə dövlət büdcəsindən vəsaitlərin istifadəsi də yoxlanacaq.
Qaynar.info