Xəbər lenti

Hesablama Palatası AMEA-da yoxlamalara başladı
Ölkə15:35 21.12.2019

Hesablama Palatası AMEA-da yoxlamalara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin İşlər İdarəsində Hesablama Palatası tərəfindən yoxlamalara başlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov məlumat verib. 
Onun sözlərinə görə, yoxlamaların aparılmasında qeyri-qanuni məqam yoxdur:
"Hesablama Palatası hər il bu cür yoxlamalar aparır. Burada qeyri-adi nəsə yoxdur. AMEA-da yoxlamalar aparmağa Hesablama Palatasının tam səlahiyyəti var. Yəqin ki, əvvəl-axır Folklor İnstitutunda da yoxlamalar aparılacaq".
Qeyd edək ki, Hesablama Palatası tərəfindən aparılan yoxlamaların AMEA-nın yeni prezidenti, akademik Ramiz Mehdiyevin müraciəti əsasında başladıldığı deyilir.  (demokrat.az)