Xəbər lenti

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!
Ölkə09:16 18.08.2017

HƏVƏSLƏNDİRƏN VƏ İNKİŞAF ETDİRƏN TƏHSİL!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illər gəncliyində təhsil ala bilməyən, hər hansı səbəbdən təhsilini yarımçıq qoyan artıq yetkin yaşa çatmış insanların yenidən təhsil müəssisələrinə üz tutması tendensiyası yaranıb. Çünki, insan gəncliyində təhsilə meyilli olmasa da, yaş ötdükcə cavanlıq səhvini dərk edir və öz üzərində inkişafa meyillənir. Bu zaman fərd daha çox distant, qiyabi təhsilə və ya keyfiyyətli təlim və treyninqlər keçirən kurslara müraciət edir.

Distant təhsil praktikasını Azərbaycana gətirən ProSpect Academy də, yaşından asılı olmayaraq, hər kəs üçün təlim və kurslara həm əyani, həm də distant şəkildə qoşulmaq imkanı yaradır. 

ProSpect Academy-nin təqdim etdiyi təlimlər insan resurslarının idarə olunması, çağrı mərkəzinin operatoru, stressin idarə olunması və s. müxtəlif sahələrə aiddir. Bu təlimləri aparan təlimçilər diqqət və dəqiqliklə seçilir ki, ProSpect Academy-ya müraciət edən hər bir fərd, müraciət etdiyi sahə üzrə real və faydalı bilgilər əldə edə bilsin.

Qeyd etmək lazımdır ki, hələ 20-30 il əvvəl təhsilə meyilli “yaşlılar”a cəmiyyətin münasibəti fərqli idi: “Bu yaşdan sonra universitetə/təlimə/kursa gedilirmi?” - sualı təhsil almaq həvəsində olanların bir qismini yolundan döndərdi. Lakin, “gənclik hüdud, təhsil yaş tanımaz” lozunqunu həyat kredosu olaraq qəbul edənlərin sayı getdikcə artdı. 

Əslində yaş ötdükcə yaddaş zəifləsə də, informasiya qavramaq qabiliyyəti itiləşir: ailə, övladlar, sistematik iş və peşəkar təcrübə insan beyninin informasiya qavrama qabiliyyətini inkişaf etdirir. 

Bu da “yaşı keçmiş” tələbələrin sayının nəinki ali təhsil müəssisələrdində, həmçinin kurs və təlimlərdə getdikcə artması üçün əsaslı zəmin yaradır. Məsələn, Finlandiyada yetkinlər üçün nəzərdə tutulmuş - idman növlərindən tutmuş, peşəkar bacarıqların əldə edilməsi ilə bağlı - təlim və kursların sayı olduqca çoxdur. Buna görə də, Finlandiyanı haqlı olaraq “təhsil və təlimlər ölkəsi” adlandırmaq olar. 

Elə bir finli yoxdur ki, hər hansı kursa getməsin, yeni bir bilgi əldə etməyə can atmasın. Yetkinlər üçün təhsil sistemi həvəskardan tutmuş, peşəkara qədər bütün fəaliyyət növlərini əhatə edir. Çoxsaylı seksiya, kurs, studiyalarda istənilən bilgi və bacarığa yiyələnmək olar. Kursların əksəriyyəti fin dilində aparılır. Lakin, inglisdilli kurslar da tapmaq mümkündür. Qiymətlər isə müəssisədən, kursun müddətindən, və s. amillərdən asılıdır. 

Azərbaycanda da peşəkar və həvəskar təlimlər, kurslar, treyninqlər aparılan müəssisələr az deyil. Bu kurslara adət üzrə daha çox gənclər üz tutsa da, son illər peşəkar təlimlərə qoşulan 30+ yaş kateqoriyasına aid olan vətəndaşlar da az deyil və onların sayı getdikcə artır. 

Əyani təlimlərdən başqa, distant təhsil də aktuallaşmaqdadır. Məsələn, distant təhsilə ən çox üz tutan şəxslər – işləyən, evində körpə uşağı olan, təhsil/iş yükü böyük olanlardır. Distant təhsilin bir sıra üstünlükləri olduğu halda, mənfi tərəfləri yoxdur. Bu işdə tələb olunan yalnız tələbənin həvəsi və məqsədyönlü olmasıdır. Odur ki, ProSpect Academy yeni bu kimi biliklər əldə etmək həvəsinizi reallaşdırmağa imkan yaradır. Yaşından asılı olmayaraq hər bir fərd üçün innovasiyaya yol açan ProSpect Academy-nin təqdim etdiyi kurs və təlimlərin siyahısı ilə tanış olun: - www.prospectacademy.az

Bizimlə əlaqə: 

Ünvan: İnşaatçılar prospekti 17A 

Tel:+994012 3101221 

Sayt: www.prospectacademy.az 

E-mail: [email protected]