Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin başına yenə iş gəlib. Sabiq nazirin Bakının Mərdəkan qəsəbəsində böyük bağ evi var. Həmin bağ evində bir çox ekzotik heyvanlarla yanaşı, uzun illərdir quş saxlatdırdığı bildirilir.
Məlumata görə, H.Babayevin bağında sayı yüzlərlə ölçülən quşları var və sabiq nazir Bakıda olduğu müddətdə gününü həmin quşların necə uçmasına, quşbazların dili ilə desək “toçka”dakı manevrlərinə, xam quşları necə bağına endirməsinə tamaşa eləməklə keçirir. Məlumatda bildirilir ki, sabiq nazirin quşları arasında çox baha qiymətə olanları var və H.Babayev onları ən qiymətli “xəzinəsi” hesab edir.
Bir müddət əvvəl sabiq nazirin ən çox sevdiyi bahalı quşlarının çoxu oğurlanıb, yaxud “xam” kimi başqa quşbaz tərəfindən “dumana salınıb”. Sabiq nazirin bu hadisədən çox pis olduğu və qəzəbləndiyi bildirilir. Ən sevimli quşların oğurlanması onun bağındakı nəzarətçilərə baha başa gəlib və onlar cəzalandırılıb.
Sabiq nazir quşlarının tapılmasına çalışır.//gunxeber.com
Qaynar.info