Xəbər lenti

Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatı çatdırdı (FOTO)
Ölkə12:49 27.12.2019

Heydər Əliyev Fondu aztəminatlı ailələrə bayram sovqatı çatdırdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrə bayram sovqatları paylanılıb.
Qaynarinfo xəbər verir ki, dekabrın 21-dən etibarən Fondun əməkdaşları və "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aztəminatlı ailələrə bayram sovqatları çatdırıb. Müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları Bakıda və regionlarda ünvanlı dövlət sosial yardımı alan ailələrə təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu müxtəlif bayramlarda mütəmadi olaraq aztəminatlı ailələri təbrik edərək onlara sovqatlar çatdırır. Həyata keçirilən bu cür layihələr sosial-iqtisadi dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, aztəminatlı ailələrin qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.