Ölkə 19:12 20.02.2024

Heydər Əliyev Fondu Məmməd İsmayılın müalicəsini öz üzərinə götürdü

Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb.

Bu barədə Bakupost.az-a Məmməd İsmayılın qızı İntizar İsmayıl bildirib.

Onun sözlərinə görə, dünən atası Bona Dea Beynəlxalq Hospitalında müəyyən müayinələrdən keçib:

"Nəticələr bəlli olduqdan sonra digər prosedurlar həyata keçiriləcək".
 
Qeyd edək ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın vəziyyəti bir müddət əvvəl pisləşib. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar çağırış ediblər.