Xəbər lenti

Heydər Əliyev parkında attraksion aşdı - OLAY
Ölkə05:47 10.07.2014

Heydər Əliyev parkında attraksion aşdı - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zaqatala rayonunda attraksion aşıb. 

Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb.

Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksion qırılıb. Qəza baş verən zaman attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini, Cumayeva Gülcöhrə Əhməd qızı yüngül xəsarət alıb.

Qaynar.info