Xəbər lenti

Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü (FOTO)
Foto 22:19 24.02.2025

Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü (FOTO)

Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.


Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.


İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.


Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.


Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.


Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->