Xəbər lenti

Heydər Əliyevin imzası olan qızıl "iPhone"la bağlı açıqlama
Ölkə08:23 19.03.2014

Heydər Əliyevin imzası olan qızıl "iPhone"la bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nüfuzlu "Gold & Co." şirkətinin baş icraçı direktoru yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-ların hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib. 

BBC Azərbaycan-a müsahibəsində Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və iPad-lər üzrə ən böyük şirkət olduğuna görə, bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.

Son günlərdə yerli mediada Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-un şəkli yayılıb, bu telefonların azərbaycanlı oliqarxlar üçün hazırlandığı deyilir. Telefonların arxasında "Golden & Co London" loqotipini görmək olar. Cənab Ali-nin şirkətinin istehsal etdiyi telefonların üzərində isə oxşar şriftlə "Gold & Co London" yazılıb. Cənab Ali bunu saxta Louis Vuitton mallarının hər yerdə satılması ilə müqayisə edib.

Onun sözlərinə görə, Çində bəzi şirkətlər Gold & Co London şirkətinə məxsus dizaynla bu telefonların saxta versiyasını hazırlayır və "onları bizim özümüzə satmağa cəhd edirlər".

O, qeyd edib ki, kiminsə imzasını daşıyan yeganə telefon, bir məhşur kanadalı müğənni üçün olub.

"Telefonlarımızın qiyməti 5000 dollardan başlayır, 130 000 dollara qədərdir. Telefonlarımızı yalnız zərgərlər və ya bahalı dükanlar vasitəsilə satırıq, mobil telefon dükanlarında yox"

Qeyd edək ki, spacenews.az saytının məlumatına görə, H.Əliyevin qızı Sevil Əliyeva bu telefonların hazırlanmasına etiraz edib və qadağa qoyduğunu deyib.

"Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram", xanım Əliyevadan sitat gətirilir.

Şirkət direktoru "Gold & Co." şirkətinə xanım Əliyevadan heç bir etiraz daxil olmadığını deyib.

Qaynar.info