
"15 il KİFAYƏT deyil, İlham Quliyev..?"
Ötən gün prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin iki müavini, uzun illər bu postlarda olmuş Aslan Aslanov və Bəhram Əliyev işdən azad olunub.
Qeyd edək ki, bununla bağlı yeni nazir Heydər Əsədov da mediaya açıqlama verərək kadr dəyişikliyinə münasibətini bildirib.
Qaynar.info-ya daxil olan məlumata görə növbəti kadr islahatlarının hədəfində 15 ilə yaxın nazir müavini postunu tutan İlham Quliyev olacaq. Onun işdən azad olunacağı ilə bağlı müəyyən işlərin aparıldığını deyən mənbə bildirib ki, artıq İ.Quliyevə xəbərdarlıq da edilib.
Mənbənin sözlərinə görə "15 il KİFAYƏT deyil, İlham Quliyev..?", mesajını alan nazir müavini hələ də postunu qoruyub saxlamağa cəhd göstərir.
Qaynar.info