Xəbər lenti

Heydər məscidində Qarabağ qazisinin yas mərasimi keçiriləcək
Ölkə14:39 12.02.2020

Heydər məscidində Qarabağ qazisinin yas mərasimi keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi keçiriləcək.
Bunu "Report”a açıqlamasında şəhidin qardaşı İlqar Hacıyev deyib.
Mərasim fevralın 13-ü saat 11-də Heydər məscidində olacaq.
Q.Hacıyev fevralın 10-da vəfat edib. Yasamal rayon ərazisində yerləşən "Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Q.Hacıyev 1986-cı ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib.
2015-ci il sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Onun müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, Türkiyənin Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında aparılıb. O, uzun müddət komada qalıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Q.Hacıyev "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Onun medalı 2019-cu ilin aprelin 20-də Gülhanə xəstəxanasında müalicə olunan zaman ailəsinə təqdim olunub.