Xəbər lenti

Ölkə 18:45 11.10.2023

Həyəti təmizləmədiyinə anasını döydü, həbs olundu

Xəzər rayonun Buzovna qəsəbəsində həyəti təmizləmədiyinə anasını döyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1989-cü il tarixdə Qazax rayonunda doğulmuş Sabir Zamanov (ad-soyad şərti) barəsində anası DİN-nin 102 xidmətinə zəng vurub və oğlu tərəfindən döyüldüyünü bildirib. 

Hadisə yerinə gələn polis əməkdaşalrı onu evin qapısının qarşısında saxlayıb. Bundan sonra Sabir Zamanov onlarla getməkdən imtina edib, polisləri söyərək ictimai qaydanı pozub, onu intizama dəvət etmələrinə baxmayaraq, hərəkətlərinə davam edib, hətta qaçmağa cəhd göstərib. 

Sabir Zamanov məhkəmədə ifadəsində hadisə günü içki içdiyini və həyətin çirkli olmasını görüb, anasından təmizlik işlərinin görməsini istəyib. Bu zaman aralarında mübahisə yarandığı üçün anasın onun haqqında polisə şikayət etdiyini dilə gətirib. 

Məhkəmənin qərarı ilə Sabir Zamanov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 25 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->