
Namaz qılarkən aldığı qılınc zərbəsindən sonra dediyi söz belə olub: “Kəbənin Rəbbinə and olsun ki, mən qazandım”
İslam dünyasının ən böyük şəxsiyyətlərindən biri olan Həzrəti Əli (ə) haqqında olduqca maraqlı bir araşdırma ortaya çıxıb. Jam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan araşıdırmalar nəticəsində Həzrəti Əlinin (ə) qılıncla vurulmamışdan az öncə dediyi son şer və işlətdiyi ifadə məlum olub.
Belə ki, sübh namazı vaxtı ibn-Tayyah o böyük şəxsiyyəti namaza qaldırır. Böyük İmam uzanmış halda dincəlirmiş. Oyanır, dəstnamaz alır və namaz qılmaq üçün Kufə məscidinə yollanır. Məcidin qapısından mehraba doğru gedərkən şeirlərindən biri yadına düşür və onu oxumağa başlayır: “Ölüm üçün kəmərini sımsıx saxla. Budur, ölüm sənə gəldi. Vaxtı çatıbsa ölümün, istəsən də qaça bilməzsən”.
Namaz qılarkən ibn-Mülcəm adlı xarici qılıncını yuxarı qaldırıb, Həzrətin başına endirir. Qatilin qılıncı İmamın boyun damarlarını kəsir. İlk dediyi söz isə belə olur: “Kəbənin Rəbbinə and olsun ki, mən qazandım”.
Sonra isə məscidin qumları üzərinə uzanır.
Qaynar.info