Xəbər lenti

Hikmət Hacıyev Ağdamın atəşə tutulmasından yazdı
Ölkə07:51 04.11.2020

Hikmət Hacıyev Ağdamın atəşə tutulmasından yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri öz tvitter hesabında yazıb.
"Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur. Ermənistanın Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada Azərbaycan mülki vətəndaşlarına qarşı yeni müharibə cinayətləri üçün zəmin hazırladıqları açıq-aşkar görünür”,- deyə Prezidentin köməkçisi qeyd edib.