Xəbər lenti

Hikmət Hacıyev: "Atamı sonuncu dəfə 13 martda görmüşəm"
Ölkə07:36 29.08.2020

Hikmət Hacıyev: "Atamı sonuncu dəfə 13 martda görmüşəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən atamı axırıncı dəfə martın 13-də görmüşəm". 
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Prezidentin köməkçisi bildirib ki, karantin səbəbindən atasını sonuncu dəfə mart ayında - övladının doğum günündə görüb: 
"O, Gəncədə yaşayır. Mən də çox istərdim ki, rayonlara gediş-gəliş olsun və valideynlərimizi görə bilək. Rayonlara gediş-gəlişin açılması məsələsi hər kəsi narahat edir.  Ümid edirəm ki, yaxın zamanlarda müsbət qərar verəcəyik”.