Xəbər lenti

Hikmət Hacıyev: "Düşmən uşaq bağçasını hərbi qərargaha çevirib"
Ölkə11:44 03.11.2020

Hikmət Hacıyev: "Düşmən uşaq bağçasını hərbi qərargaha çevirib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi bu münaqişənin əsas səbəbidir”.
"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sozələrinə görə, Ermənistanın silahlı qüvvələrinin tərkibində özünü büruzə verən məsələlərdən biri uşaq əsgərlərin olmasıdır: "Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan tərəfindən məktəblərin, hospitalların atəşə tutulması istiqamətində də cinayətkar əməllər yerinə yetirilir. Onlar Azərbaycanın işğal olunumuş ərazilərinin birində uşaq bağçasını hərbi qərargaha çevirib”.