Xəbər lenti

Hikmət Hacıyev: "Ermənistan humanitar yardım adı altında “Smerç” raketləri alıb" (FOTOLAR)
Ölkə06:03 11.10.2020

Hikmət Hacıyev: "Ermənistan humanitar yardım adı altında “Smerç” raketləri alıb" (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni "Smerç” raketləri alması ilə bağlı paylaşım edib.
Qaynarinfo xəbər verir ki, Hikmət Hacıyev yazıb: "Ermənistan humanitar yardım çərçivəsində yeni "Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın".